Home / Hadisə / Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Rusiya XİN arasında məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.
XİN-dən DiasporNews-a verilən xəbərə görə, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600