Home / Hadisə / Azərbaycandan qaçan bank rəhbəri Rusiyada tutuldu

Azərbaycandan qaçan bank rəhbəri Rusiyada tutuldu

Moskvada Azərbaycanın “NIKOIL Bank” bankının İdarə heyətinin keçmiş sədri Vasili Xamaza saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Moskva“ şəhər xəbərləri agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə əsasən, 60 yaşlı V.Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində tutulub.

V.Xamaza Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəsaitlərin mənimsənilməsi ittiham olunur.

Sabiq bank rəhbəri 2005-ci ildən 2017-ci ilin iyulunadək İdarə heyətinin sədri olduğu “NIKOIL Bank”dan onlarla milyon manat vəsaitin mənimsənilməsində günahlandırılır. O, beynəlxalq axtarışa verilib.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600