Home / Hadisə / Azərbaycanlılar MDB-də ən az içən millətdir

Azərbaycanlılar MDB-də ən az içən millətdir

MDB ölkələri arasında ən az spirtli içki qəbul edənlər azərbaycanlılardır, burada bir insan (15 yaşdan yuxarı) il ərzində 0,8 litr spirtli içki qəbul edir. 

DiasporNews  xəbər verir ki, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il ərzində alkoqol və sağlamlıq vəziyyətinə dair hesabatında yer alıb.

Azərbaycanda yaşayanların 63 faizi sərt içkilərə, 29 faizi pivəyə, yalnız 8 faizi şəraba üstünlük verir.

Hesabatda Moldova ən çox spirtli içki qəbul edən ölkə hesab edilib (15,2 litr).

Rusiya bu siyahıda dördüncü pillədədir. Burada il ərzində insanlar 11,7 litr spirtli içki qəbul edir. İkinci yeri Litva (15 litr), üçüncü yeri isə Latviya (12,9 litr) tutub.

DiasporNews 

 

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600