Home / Hadisə / Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar

Azərbaycanlılar Ukraynada Türkiyə vətəndaşını oğurladılar

Ukraynanın Lvov şəhərində Türkiyə vətəndaşı qaçırılıb. DiasporNews DHA-ya istinadən xəbər verir ki, Ö.G adlı şəxs Lvovun mərkəzində silahlı şəxslər tərəfindən maşına mindirilərək naməlum istiqamətə aparılıb.

Bu barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat aparılıb və nəticədə silahlıların yeri müəyyənləşdirilib və Ö.G xilas edilib.

Saxlanılan silahlılardan birinin 40 yaşında Türkiyə vətəndaşı, digər ikisinin 26 və 27 yaşında iki Azərbaycan vətəndaşı olduğu açıqlanıb. Faktla bağlı cinayət işi açılıb.

DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600