Home / Hadisə / Azərbaycanlıya işgəncə verən inquş döyüşçülərə cəza

Azərbaycanlıya işgəncə verən inquş döyüşçülərə cəza

Nalçik qarnizon məhkəməsi saxlanılan şəxslərə işgəncə vermə maddəsi ilə ittiham olunan İnquşetiyadan olan yeddi təhlükəsizlik işçisi barəsində qərar çıxarıb. İşgəncəyə məruz qalan şəxslərdən biri vəfat edib.  Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.  “Müttəhimlərin cinayətləri məhkəmədə tam sübuta yetirilib”, – hakim Andrey Lazarev deyib.

Cinayət işində əsas fiqurant olan İnquşetiya Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin sabiq rəhbəri Timur Xamxoyevcəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə yeddi il müddətinə, bu idarənin əməliyyatçısı Alixan Bekov 10 il, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, əməliyyatçılar Andrey Beznosyuk altı il, İsa Aspiyev 5 il 5 ay, Mustafa Tsoroyev beş il, Maqomed Bekov və Sergey Xandoqin isə hər biri üç il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan müttəhimlər Aspiyev və Maqomed Bekov məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.

Məlumatlara görə, 2016-cı il noyabrın 9-da Timur Xamxoyev Mustafa Tsoroyevlə birlikdə Azərbaycan vətəndaşı Amil Nəzərovu güclə avtomobilə əyləşdirərək, Ekstremizmə qarşı Mübarizə İdarəsinə aparıb.

Onlar burada Nəzərova fiziki güc tətbiq edərək, onun “Audi A6” markalı avtomobilini və “iPhone 5” markalı telefonunu əlindən alıblar. Həmin şəxs 800 min rubl ödəmək şərtilə azadlığa buraxılıb.

Aparılan araşdırmalar zamanı analoji hadisələrin Zəlimxan Mutsolqov, Adam Dakiyev, Maqomed Auşev, Marem Doliyevin də başına gətirildiyi məlum olub.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600