Home / Hadisə / Bu günə olan Doha-Bakı aviareysi ləğv edilib

Bu günə olan Doha-Bakı aviareysi ləğv edilib

Yanvarın 8-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib. “Qatar Airways” aviaşirkətinin Doha vaxtla saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600