Home / Hadisə / CNN-in Qarabağa qanunsuz gedən aparıcısı intihar edib

CNN-in Qarabağa qanunsuz gedən aparıcısı intihar edib

CNN-in məşhur yazarı və “Bilinməyən yerlər” teleşousunun aparıcısı Antoni Burden intihar edib. Bu barədə CNN açıqlama yayıb.

Hadisə zamanı o, “Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Yaxın dostları bu gün səhər onun otel otağından cavab gəlmədiyini bildiriblər. Otaqda 61 yaşlı jurnalistin meyiti tapılıb.

Qeyd edək ki, A. Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan kulinariya haqqında veriliş hazırlaması ilə əlaqədar 2017-ci ilin oktyabrından Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısında idi. (APA)

DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600