Home / Hadisə / Doha-Bakı-Doha aviareysi ləğv edilib

Doha-Bakı-Doha aviareysi ləğv edilib

Yanvarın 10-da həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib. “Qatar Airways” aviaşirkətinin Doha vaxtı ilə saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

DiasporNews

Check Also

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 …

160*600