Home / Hadisə / Hərbçilərimiz Gürcüstanda təlimdə iştirak edəcəklər

Hərbçilərimiz Gürcüstanda təlimdə iştirak edəcəklər

Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində keçiriləcək “Layiqli Tərəfdaş 2018” (Nobel Partner 2018) çoxmillətli təlimində iştirak edəcəklər.
Müdafiə Nazirliyindən DiasporNews-a verilən məlumata görə, təlimin məqsədi NATOstandartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir.

Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.

DiasporNews

Check Also

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 …

160*600