Home / Hadisə / Krımda azərbaycanlı ailənin meyitləri tapılıb

Krımda azərbaycanlı ailənin meyitləri tapılıb

Krım Muxtar Respublikasının Sevastapol şəhərinin Leninskiy rayonu ərazisində yaşayan azərbaycanlı iş adamı, 1970-ci il təvəllüdlü Qubadov Qubad Qasım oğlu və həyat yoldaşı 1980-cı il təvəllüdlü Qubadova Marina Vladimirovna yaşadıqları evdə ölü tapılıblar.

Oktyabrın 7-si günü, ailənin iki yeniyetmə övladları axşam evlərinə döndükdə valideynlərini evdə ölmüş vəziyyətdə görüblər. Meyitlərin üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Ailənin övladlarından biri hadisə səbəbindən keçirdiyi sarsıntıya görə xəstəxanaya yerləşdirilib. Q. Qubadov uzun müddətdir Krımda yaşayıb, bir neçə xırda maqazin sahibi olub.(Open.az)

DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600