Home / Hadisə / Maqadanda iki azərbaycanlı öldü

Maqadanda iki azərbaycanlı öldü

Rusiya Federasiyası Maqadan vilayətinin Susumanskiy rayonunda yaşayan azərbaycanlı ailənin iki üzvü dəm qazından boğularaq ölüblər.

DiasporNews Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Aslanova Mayisə Ağamirzə qızı və nəvəsi 2010-cü il təvəllüdlü Aslanov Ruslan Boran oğlu yaşadıqları evdə ölü tapılıblar.

Qonşuları tərəfindən aşkar edilən nənə və nəvənin evdə sobadan sızan dəm qazından boğularaq öldükləri aşkar edilib.

DiasporNews

Check Also

Ukraynada cinayət törədən azərbaycanlı Polşada saxlanılıb

Polşanın Qdansk şəhərində Ukraynada cinayət törətmiş, 1990-cı il təvəllüdlü, əslən Azərbaycanın Gəncə şəhərindən olan Müseyibov Elşən …