Home / Hadisə / Ötən ay 42 azərbaycanlının Gürcüstana girişi qadağan olunub

Ötən ay 42 azərbaycanlının Gürcüstana girişi qadağan olunub

 Bu ilin noyabr ayında 1151 xarici vətəndaşa Gürcüstana giriş qadağan olunub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin statistik hesabatında bildirilib. Ötən ay ən çox İran vətəndaşlarının (434 nəfər) Gürcüstana girişi qadağan edilib. Daha sonra Hindistan (370 nəfər) və Türkiyə (46 nəfər) vətəndaşları gəlir.

Noyabr ayında Gürcüstana girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı 42 nəfər təşkil edib.

Hesabat ayında 44 Rusiya, 43 Özbəkistan, 33 Türkmənistan, 30 Pakistan vətəndaşı Gürcüstana buraxılmayıb. Qonşu ölkəyə girişə qadağa qoyulan Ermənistan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib. (Report)

DiasporNews

Check Also

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 …

160*600