Home / Hadisə / Rusiyada azərbaycanlı cərimələnib

Rusiyada azərbaycanlı cərimələnib

Rusiyanın Tomsk vilayətinin Oktyabrsk rayonunda məhkəmə Azərbaycan vətəndaşını cərimələyib. Bu barədə regionun prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 55 yaşlı azərbaycanlı alkoqollu içkilərin qanunsuz satışı ilə bağlı ittiham edilib.

Bildirilir ki, Azərbaycan vətəndaşı 2017-cilin dekabrın 7-dən 2018-ci ilin aprelin 26-a qədər üçüncü şəxsdən spirtli içkilər alıb və evdə öz tanışlarına satıb. Lakin onun satışa lisenziyası olmayıb. Qeyd edilir ki, Azərbaycan vətəndaşı bundan əvvəl də eyni əmələ görə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarı ilə, azərbaycanlı 50 min rubl (təxminən 1 300 manat – red.) məbləğində cərimə edilib.

DiasporNews

Check Also

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 …

160*600