Home / Hadisə / Rusiyada azərbaycanlıya 11 il həbs cəzası verildi

Rusiyada azərbaycanlıya 11 il həbs cəzası verildi

Rusiyanın Kazan şəhərində yerləşən “Vyetnam bazarında” adam öldürməyə cəhd göstərməkdə təqsirləndirilən 38 yaşlı azərbaycanlı həbs edilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, onun barəsində Sovet rayon məhkəməsi hökm çıxarıb.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il həbs cəzasına məhkum edilib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs 2017-ci ilin noyabrında borca görə iki nəfərlə Jurnalistlər küçəsində ticarət pavilyonunun yanında mübahisə edib. Əsəbləşən müttəhim 1933-cü ilin modeli olan TT tapançasından mübahisə etdiyi adamlara dörd dəfə atəş açıb. Yaralılar xəstəxanaya çatdırılıb və sağ qalıblar.

Müttəhim təqsirini qəbul etməyib.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600