Home / Hadisə / Rusiyada məhkəmə azərbaycanlı biznesmeni azad etdi

Rusiyada məhkəmə azərbaycanlı biznesmeni azad etdi

Moskva məhkəməsi şəhərin mərkəzindəki “Food City” ticarət mərkəzində iri tərəvəz bazasının sahibi Azərbaycanın Şəmkir rayonunun Çinarlı kənd sakini Quliyev Məhərrəm Novruz oğlunu (Pokrov Məhərrəm) azadlığa buraxıb. 

DiasporNews “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, bununla bağlı Quliyevin Rusiyada yaşayan qohumları məlumat verib.

Xatırladaq ki, “Pokrov Məhərrəm” ləqəbi ilə tanınan biznesmen martın 30-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Bundan əvvəl Quliyev Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib idi. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb. Quliyevi “qanuni oğru” Mirseymur Abdullayev himayə edirdi. 2003-cü ildə onun qətlindən sonra bütün səlahiyyətlər Rövşən Lənkəranskiyə keçib. Lənkəranski 2016-cı ilin avqustunda İstanbulda güllələnib.

Pokrovka bazası bağlandıqdan sonra azərbaycanlı “Food City” ticarət mərkəzinə köçüb.

Quliyevin müxtəlif şəxslərə 13 milyon dollardan çox borcu olub. Bu pullar onun hələ Pokrovka bazasında işlədiyi zamandan yığılıb.

DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600