Home / Hadisə / Sərhəddi qanunsuz keçən 7 nəfər tutuldu

Sərhəddi qanunsuz keçən 7 nəfər tutuldu

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.
DSX-dan DiasporNews-a verilən məlumata görə, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan İraq vətəndaşı, 1987-ci il təvəllüdlü Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması müəyyən edilib.
İyunun 19-da Dubay-Bakı reysi ilə gələn Rusiya vətəndaşı, 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi Rusiya pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı bəlli olub. Saxlanılmış şəxsin üzərindən Ukrayna pasportu da aşkarlanıb. Araşdırma zamanı U.İnalovun 2016-cı ildən Rusiyada federal axtarışda olduğu üzə çıxıb.
İyunun 20-də Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olduğu aşkarlanıb. İyunun 25-də Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lanka vətəndaşı, 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliya yaşayış kartının saxtalaşdırıldığı aşkar olunub.
İyunun 26-da Bakı–Moskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı, 1980-ci il təvəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya yaşayış kartının saxta olması aşkarlanıb. Həmin gün Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı, 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olduğu müəyyənləşdirilib. İyunun 30-da İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı, 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun isə pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.
DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600