Home / Hadisə / Sankt-Peterburqda azərbaycanlı çayda batıb

Sankt-Peterburqda azərbaycanlı çayda batıb

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın “Konkretno.ru” saytına istinadən verdiyi xəbərə görə, 60 yaşlı azərbaycanlı şəhərin Yesenin parkında yerləşən Okkervil çayında batıb. Adı açıqlanmayan şəxs çaydan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ekspertizanın nəticələrinə əsasən meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Şəhərin istintaq komitəsi tərəfindən araşdırma aparılır.

DiasporNews

Check Also

Ukraynada ailəni xilas edən azərbaycanlılara mükafat verildi – Fotolar

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar …

160*600