Home / Hadisə / Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə poçt markası buraxılıb.

Diaspornews məlumat verir ki, markanın eskizini Azərbaycanın Türkiyədəki səfirliyi “Twitter” səhifəsində paylaşıb.

Bu barədə razılaşma Azərbaycanın Türkiyədəki səfirliyi ilə qardaş ölkənin Poçt və Teleqraf Təşkilatı Baş İdarəsi arasında əldə olunub.

Min ədəd buraxılan markada Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi əks olunub.

Diaspornews.az 

Check Also

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 …

160*600