Home / Hadisə / Xarkovda iki türkiyəli tələbə qətlə yetirilib

Xarkovda iki türkiyəli tələbə qətlə yetirilib

Ukraynanın Xarkov şəhərində Türkiyədən olan iki tələbənin yaşadıqları evdə meyitləri tapılıb. Bu barədə Xarkov vilayətinin Milli Polisi məlumat yayıb. 20 və 22 yaşında olan qadınlar dekabrın 31-dən mobil telefonlarına cavab verməyiblər. Yanvarın 3-də isə tələbə oğlan polisə müraciət edərək tələbə yoldaşlarının yerinin müəyyən olunmasını istəyib.

Polislər türkiyəli tələbələrin yaşadıqları evə gələrək onların meyitlərini müəyyən ediblər. Onların üzərində zorakılıq əlamətləri aşkar olunub. Türkiyədən olan tələbələr Xarkov Tibb Universitetinin ikinci kursunda təhsil alırdılar. Faktla bağlı cinayət işi açılıb və cinayətkarın tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

DiasporNews

Check Also

21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib. Bunu Dini Qurumlarla İş …

160*600