Home / İdman / ABŞ-a məğlub olan şahmatçılarımız Çinlə qarşılaşacaq

ABŞ-a məğlub olan şahmatçılarımız Çinlə qarşılaşacaq

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur keçiriləcək.

DiasporNews xəbər verir ki, dünən ABŞ üzərində ilk məğlubiyyətini almaqla, liderliyini itirən kişi millimiz bu gün dünya reytinqində III sırada olan Çinlə qarşılaşacaq.

Dünya reytinqində IV sırada olan millimiz və Çin hazırda Olimpiadanın turnir cədvəlində 13 xala malikdir. Lakin əlavə göstəricilərə görə millimiz III, Çin isə VI yerdədir. Komandamız liderlər qrupundan qopmamaq üçün bu görüşdə qələbə qazanmalıdır.

Şəhriyar Məmmədyarov (ağ) – Liren Dinq

Teymur Rəcəbov (qara) – Yanqyi Yu

Arkadi Naydiç (ağ) – Yi Vey

Eltac Səfərli (qara) – Şianqji Bu

Qadın millimiz də bu tur ciddi sınağa çıxacaq. 13 xalla V sırada olan yığmamız dünya reytinqində və hazırkı Olimpiadanın turnir cədvəlində II pillədə olan Ukrayna ilə qarşılaşacaq.

Günay Məmmədzadə (ağ) – Anna Muzıçuk

Xanım Balacayeva (qara) – Mariya Muzıçuk

Gülnar Məmmədova (ağ) – Anna Uşenina

Ülviyyə Fətəliyeva (qara) – Yuliya Osmak

Qeyd edək ki, Şahmat Olimpiadası 11 turdan ibarətdir.

DiasporNews

Check Also

Azərbaycan Braziliya Ciu-Citsu Klubunun təşkilatçılığı ilə ümummilli lider anadan olmasının 96-ci ildönümünə həsr olunmuş respublika seminarı keçirilib

Seminarın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və yetişməkdə olan gənc …

160*600