Home / İdman / Almaniya çempionatının bombardiri millimizə çağırıldı

Almaniya çempionatının bombardiri millimizə çağırıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı növbəti iki oyun üçün heyəti açıqlanıb. 

DiasporNews  xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 23 oyunçuya dəvət göndərib. Həmin futbolçular oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta ilə qarşılaşmada baş məşqçinin ixtiyarında olacaq.

Almaniya 3-cü Liqasının altı qolla bombardiri olan Rüfət Dadaşov (Renat Dadaşovun böyük qardaşı – S.M.) ilk dəfə Qurbanovun çalışdırdığı yığmaya çağırılıb. O əvvəllər yığmamızda 16 oyun keçirib və dörd qola imza atıb.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”);

Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Ertsqebirqe”, Almaniya);

Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).

DiasporNews

Check Also

Rafael Ağayev Fransada mükafata layiq görüldü – FOTOLAR

Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə medalnan başlayıb. DiasporNews xəbər verir ki, 25-27 yanvar …

160*600