Home / İdman / Avropa azərbaycanlıları dünyadan peşəkar boksçuları Bakı yarışına toplayıb

Avropa azərbaycanlıları dünyadan peşəkar boksçuları Bakı yarışına toplayıb

Maqdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyəti, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və “Xocalı” İdman Klubunun təşkilatçılığı ilə Bakıda peşəkar boks gecəsi keçirilib.

“Report”un xəbərinə görə, tədbirə dünyanın müxtəlif ölkələrindən 15-dən çox idmançı qatılıb.

Tədbirdə çıxış edən Magdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri və “Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin prezidenti Yaşar Niftəliyev bildirib ki, boks gecəsi Azərbaycanın təbliği istiqamətində keçirilən silsilə tədbirlərin davamıdır. Gecədə Avropanın bir sıra ölkələrindən, o cümlədən, İran və Qazaxıstandan boksçular reytinq xarakterli 4 – 6 raundluq peşəkar mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən mübarizədə 5 azərbaycanlı idmançısı qələbə qazanıb, 1-i məğlub olub.

Y. Niftəliyev bildirib ki, döyüşlərə azərbaycanlı idmançıların da qatılması onların dünya peşəkar boks arenasında yerlərinin möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, bu kimi peşəkar yarışlar Heydər Əliyev adına Dünya Boks Komitəsi tərəfindən 10 ildən çoxdur dünyanın müxtəlif ölkələrində təşkil olunur.

DiasporNews

Check Also

Rafael Ağayev Fransada mükafata layiq görüldü – FOTOLAR

Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə medalnan başlayıb. DiasporNews xəbər verir ki, 25-27 yanvar …

160*600