Home / İdman / Azərbaycan atleti olimpiadaya lisenziya qazanıb

Azərbaycan atleti olimpiadaya lisenziya qazanıb

Azərbaycan atleti Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. 

Məmmədov buna Macarıstanın Györ şəhərində keçirilən Avropa çempionatında nail olub. O, üç təkanla tullanma növündə 15,16 m nəticə göstərərək, çempionatın bürünc medalına layiq görülüb. Bu nəticə azərbaycanlı atletin ən yaxşı şəxsi nəticəsi olmaqla yanaşı, ona olimpiadaya vəsiqə qazandırıb. Mükafatlandırma mərasimi iyulun 11-də Bakı vaxtı ilə saat 19:50-da olacaq.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 – 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq. (Report)

DiasporNews

Check Also

Bakıda Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub

“Zabit Samedov Fight Club”da Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub. Avropa.info xəbər verir ki, …

160*600