Home / İdman / Azərbaycan Olimpiadada ikinci qızıl medalını qazandı

Azərbaycan Olimpiadada ikinci qızıl medalını qazandı

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Turan BayramovArgentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

DiasporNews xəbər verir ki, idmançımız finalda iranlı Məhəmməd Baqi Kərimiseyfabada 6:1 hesabı ilə qalib gəlib və Olimpiya çempionu olub.

Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov qızıl, ağırlıqqaldıran Tərmenxan Babayev gümüş və taekvondoçu Cavad Ağayevlə güləşçi Şahanə Nəzərova bürünc medal qazanıb.

DiasporNews

Check Also

Azərbaycan Braziliya Ciu-Citsu Klubunun təşkilatçılığı ilə ümummilli lider anadan olmasının 96-ci ildönümünə həsr olunmuş respublika seminarı keçirilib

Seminarın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və yetişməkdə olan gənc …

160*600