Home / İdman / Azərbaycanın Ukraynadakı səfirliyində idman jurnalistləri ilə görüş keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyində idman jurnalistləri ilə görüş keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan bir qrup idman jurnalisti ilə Azərbaycanın Ukraynadakı səfirliyində görüş keçirilib.

Görüşdə səfirliyin müşaviri Vüsal Süleymanov səfir adından qonaqları salamlayıb. O, jurnalistlərlə görüşdən məmnunluq ifadə edib və Ukraynanın bütün bölgələrində tədbirlərin keçirildiyini bildirib. İlk idman tədbiri olacağını və sonda dostluğun qalib gələcəyinə inam ifadə edib. Səfirin müşaviri onlarlarla tədbir keçirdiklərini açıqlayıb. O, məhdud sayda kollektivlə 42 milyonluq ölkədə belə tədbirləri həyata keçirdiklərini deyib.

Jurnalistlər adından çıxış edən Sənan Şəfizadə bildirib ki, bu, ilk səfər deyil, əvvəllər Moldova, Belarusa də səfərlər etdiklərini söyləyib. O, Ukraynada AXC və ulu öndər Heydər Əliyevin yubileylərinə xüsusi diqqətin göstərildiyini vurğulayıb. S.Şəfizadə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən əfsanəvi futbolçu İvan Yaremçuk SSRİ dövründə əlaqələrin sıx olduğunu deyib və “Neftçi”nin oyunlarını xatırladıb. O, veteranlardan ibarət komandanın Bakıya səfər etdiyini və digər şəhərlərdə görüşlər keçirdiklərini söyləyib. İ.Yaremçuk öz komandaları ilə jurnalistlər arasında yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını vurğulayıb. O, hazırda yanacaqdoldurma stansiyasının komandasında məşqçilik etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, jurnalistlər görüşdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Həmçinin, ulu öndərin adını daşıyan parka baş çəkiblər. (Report)

DiasporNews

Check Also

“Dünyaya üzgüçü olmaq üçün gəlmişəm” Alkərəmova Fatimə-VİDEO

Azərbaycan idman ölkəsidir, boks, güləş, cüdo və digər idman növləri ilə uğur qazanan ölkələr sırasındadır. …

160*600