Home / İdman / Azərbaycanlı hakim Ermənistanın oyununa təyinat aldı

Azərbaycanlı hakim Ermənistanın oyununa təyinat aldı

Qadın futzalçılardan  ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

DiasporNews-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”,  “Maccabi Nahalat Yitzhak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən  sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.

DiasporNews

Check Also

Rafael Ağayev Fransada mükafata layiq görüldü – FOTOLAR

Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə medalnan başlayıb. DiasporNews xəbər verir ki, 25-27 yanvar …

160*600