Home / İdman / Azərbaycanlı hakim Hollandiya-Almaniya matçına təyinat alıb

Azərbaycanlı hakim Hollandiya-Almaniya matçına təyinat alıb

Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında növbəti təyinatını alıb.

“Report”un UEFA-nın saytına istinadən verdiyi məlumata görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya-Almaniya matçında yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi xorvatiyalı İvana Martinçiç olacaq.

Qeyd edək ki, Hollandiya – Almaniya matçı iyulun 21-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Avropa çempionatına iyulun 30-da yekun vurulacaq. Xəyalə Əzizzadə daha öncə B qrupuda baş tutan Hollandiya – İtaliya oyununda yan xətt hakimi olub.

DiasporNews

Check Also

Rafael Ağayev Fransada mükafata layiq görüldü – FOTOLAR

Rafael Ağayev (-75 kq) 2019-cu il mövsümünə medalnan başlayıb. DiasporNews xəbər verir ki, 25-27 yanvar …

160*600