Home / İdman / Klublarımız Avroliqada mübarizəni dayandırdı

Klublarımız Avroliqada mübarizəni dayandırdı

Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəni dayandıran “Keşlə” və “Qəbələ”nin ardınca Azərbaycanın bu turnirdəki sonuncu təmsilçisi – “Neftçi” də futbolsevərləri məyus edib.

Bakıda keçirilən ilk qarşılaşmada Macarıstanın “Uypeşt” klubuna 3:1 hesabı ilə qalib gələn “ağ-qaralar” təkrar matçda 2 top üstünlüyü qoruya bilməyiblər.

Macarıstanda baş tutan oyunda meydan sahibləri “Neftçi”ni darmadağın ediblər – 4:0.

Beləliklə də Azərbaycan Avropa Liqasında artıq təmsil olunmur: bütün klublarımız elə ilk mərhələdə mübarizəni dayandırıblar.

DiasporNews

Check Also

“Dünyaya üzgüçü olmaq üçün gəlmişəm” Alkərəmova Fatimə-VİDEO

Azərbaycan idman ölkəsidir, boks, güləş, cüdo və digər idman növləri ilə uğur qazanan ölkələr sırasındadır. …

160*600