Home / İdman / Millimiz olimpiadaya lisenziya qazana bilmədi

Millimiz olimpiadaya lisenziya qazana bilmədi

Karate üzrə yeniyetmə milli komandamızın beş üzvü – Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq) və Səma İmanzadə (-59 kq) Olimpiya təsnifat turnirində lisenziya qazana bilməyiblər.

DiasporNews xəbər verir ki, 29-30 iyun tarixlərində Xorvatiyanın Umaq şəhərində keçirilmiş yeniyetmələr arasında ilk olimpiya təsnifat turnirinin finalına idmançılarımızdan heç biri vəsiqə qazanmadığı üçün lisenziya qazanmaq mümkün olmayıb.

Ancaq bu yarışda beynəlxalq hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev Olimpiya təsnifat turnirinin ən yaxşı hakimi elan edilib. Milli komandanın məşqçiləri, əməkdar məşqçilər – Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyev Xorvatiyada WKF-in Məşqçilər Komitəsinin imtahanından uğurla keçərək məşqçilik lisenziyasının müddətini artırıblar.

Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiya Oyunları keçiriləcək.

 

DiasporNews

Check Also

Bakıda Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub

“Zabit Samedov Fight Club”da Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub. Avropa.info xəbər verir ki, …

160*600