Home / İdman / “Qarabağ” Avroliqada ilk qələbəsini qazandı

“Qarabağ” Avroliqada ilk qələbəsini qazandı

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb.  DiasporNews xəbər verir ki, Aleksey Butovski adına stadionda keçirilən görüşdə hesab 13-cü dəqiqədə açılıb. Araz Abdullayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb. İlk hissədə qapılara əlavə qol vurulmayıb.

Görüşün ikinci hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Azarkeşlərin qadağan olunmuş fişənglərdən istifadə etməsi səbəbindən görüşdə 12 dəqqiqəlik fasilə yaranıb. Əlavə olunan vaxtda da hesab dəyişməyib və təmsilçimiz rəqib meydanında qələbə qazanıb. Bu, Ağdamklubunun cari mövsümdə Avroliqada ilk qələbəsidir.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl keçirdiyi 3 görüşdə qol vurmadan məğlub olmuşdu.

DiasporNews

Check Also

Dövlət Qulluqçuları ilə jurnalistlər heç-heçə oynadılar

Dövlət qulluqçuları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni …