Home / İqtisadiyyat / Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində

Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində

Bu gün Rusiya paytaxtında “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb.

İqtisadiyyat Nazirliyindən DiasporNews-a verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş edilir.

Sərgi sentyabrın 20-dək davam edəcək.

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600