Home / Analitika / Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

DiasporNews xəbər verir ki, Azərbaycan neftinin 30 may tarixinə olan qiyməti hər bir barelə 78.59 dollar təşkil etmişdir ki, bu da çərşənbə axşamına olan göstəricidən 2.15 dollar çoxdur.
Ümumiyyətlə son zamanlar neft qiymətlərinin artması neft ölkələrinə o cümlədən də Azərbaycana müsbət təsir etməkdədir. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının büdcə hesablamaları zamanı neftin hər barelinə görə orta qiyməti 45 dollardan hesablanaraq büdcə hesablamaları aparılmışdı. 2018-ci ilin ilk beş ayı ərzində isə neftin ortalama qiyməti 70 dollar/barel olması səbəbi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinə təxmin ediləndən haradasa iki dəfə daha çox valyuta axını olmaqdadır.
Neft qiymətlərinin qarşıdakı aylar ərzində kəskin şəkildə enməsi gözlənilmir. Ekspertlərin proqnozlarına əsasən əgər hər hansı bir gözlənilməz hadisə baş verməzsə ilin sonlarına doğru neft qiymətləri hər barelə görə ortalama 85-90 dollar ətrafında olacaq.
DiasporNews
İqtisadiyyat Şöbəsi

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600