Home / İqtisadiyyat / Azərbaycan və Latviya bələdiyyələri əməkdaşlıq edəcək

Azərbaycan və Latviya bələdiyyələri əməkdaşlıq edəcək

İyulun 23-29-da Latviya Respublikasının yerli özünüidarəetmə təcrübəsi ilə tanışlıq proqramı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin üzvləri Kamran Bayramov, Rüstəm Xəlilov və bir sıra bələdiyyə sədrləri sözügedən ölkədə səfərdə olublar.

Latviya Bələdiyyələr İttifaqının sədri Qints Kaminiskis ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalanmış bələdiyyə sədrləri də iştirak ediblər.

Qints Kaminiskis azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək yerli bələdiyyə sədrlərinin ölkəmizə olan səfərlərini xatırladıb. Bakının və ölkəmizin digər regionlarının inkişafını, həyata keçirilən sosial-iqtisadi layihələri xüsusi qeyd edib.

O vurğulayıb ki, bu vaxta qədər imzalanmış 13 müqavilə üzrə mövcud əlaqələr daha da güclənməli, yeni əməkdaşlıq imkanları nəzərdən keçirilməlidir. Bu istiqamətdə Latviya Bələdiyyələr İttifaqı ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyalarının rəhbərliyi birgə müzakirələr aparmaqla səyləri daha da artırmalıdırlar.

Milli Məclisin regional məsələlər komitəsinin üzvü, Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Bayramov, ilk növbədə, Azərbaycanda yerli özünüidarəetmə sahəsində görülən işlərdən, qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan danışıb.

Səfər çərçivəsində reallaşan tanışlıq proqramı zamanı nümayəndə heyətimiz Latviyanın Stopini, Dobele, Ventspils diyar, Qrobinya və Valke bələdiyyələrində olaraq yerli təcrübə ilə tanış olublar.(AzərTac)

 

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600