Home / İqtisadiyyat / Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb

Cari ilin ilk 2 ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 340 milyon dollar olub. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 4-də Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitallı müəssisə fəaliyyət göstərir. “Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırıb. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,5 milyard dollar təşkil edib”, – deyə Ş.Mustafayev bildirib.

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600