Home / İqtisadiyyat / Bu il azərbaycanlıların ən çox getdiyi ölkələr məlum oldu

Bu il azərbaycanlıların ən çox getdiyi ölkələr məlum oldu

2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2019,8 min nəfər olub.
DiasporNews Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 30,7%-i Gürcüstana, 28,7%-i İrana, 21,2%-i Rusiya Federasiyasına, 12,7%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,2%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,8%-i kişilər, 31,2%-i isə qadınlar olub.

Qeyd olunub ki, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,2%-i dəmir yolu və avtomobil, 18,9%-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib.

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600