Home / İqtisadiyyat / Qışda ölkəmizə gələn turistlərin sayının artacağı gözlənilir

Qışda ölkəmizə gələn turistlərin sayının artacağı gözlənilir

Ötən ilə nisbətən bu il qış turizmi ilə bağlı ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir.

Bu fikri Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov deyib. O bildirib, artıq dekabrın 1-dən qış turizminin açılışı olacaq. Bununla bağlı yerli turizm şirkətləri xarici tərəfdaşlara ölkəmizdə qış turizminə dair turpaketləri göndərməyə başlayıb.

Dünyada ən populyar qış turizminin məhz xizəksürmə olduğunu deyən N.Bağırov bildirib ki, Azərbaycanda hər il bu sahə inkişaf edir, daha peşəkar xizəkçilər ölkəmizə təşrif buyururlar. Ötən ilinə nəzər salan AZTA-nın sədri çoxlu sayda peşəkar xizəkçinin istirahət üçün məhz ölkəmizi, xüsusən də Şahdağı seçdiyini qeyd edib.

DiasporNews

Check Also

Azərbaycan Maarifçi Gənclər Təşkilatının Beynəlxalq layihəsi uğurla başa çatıb

Azərbaycan Maarifçi Gənclər Təşkilatı “Social Inclusion Through Healthy Lifestyles: Cross-sectoral youth policydevelopment in Eastern Partnership”adlı …

160*600