Home / İqtisadiyyat / Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq

Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq

Çinin Lançjou Universitetinin rektoru, bu ölkənin Elmlər Akademiyasının həqiqi üzvü, “Bir qurşaq – bir yol” Universitetlər Birliyinin sədri, professor Yan Çunhua və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetlərarası əməkdaşlığa dair memorandum imzalayıblar. Sənədə əsasən, Çində ilk dəfə Lançjou Universitetində Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılması nəzərdə tutulub.

ADNSU-dan DiasporNews -a bildirilib ki, sənəd Lançjou Universitetində “Bir qurşaq – bir yol” Universitetlər Birliyinin təşəbbüsü ilə təşkil olunan “Ekoloji sivilizasiya – 2018” forumu çərçivəsində imzalanıb.

DiasporNews 

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600