Home / İqtisadiyyat / “FES-in qərarı manata təsir etməyəcək” – Elman Rüstəmov

“FES-in qərarı manata təsir etməyəcək” – Elman Rüstəmov

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına təsir etməyəcək.
DiasporNews  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib. Baş banki bildirib ki, ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, ötən beş ay ərzində orta inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit formalaşıb.

“Ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz təşkil edib”, – E.Rüstəmov qeyd edib.

DiasporNews 

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600