Home / İqtisadiyyat / “Forbers” jurnalı azərbaycanlı iş adamından yazıb

“Forbers” jurnalı azərbaycanlı iş adamından yazıb

“İlqar Hacıyev tikinti işində ad-san qazanmış Azərbaycanın ən təcrübəli sahibkarlarından biridir. 15 ildən çoxdur ki, o, ölkə daxilində, keçmiş Sovet İttifaqı, Şərqi Avropa və hətta Nigeriyada yollar, körpülər, hava limanları, dəniz limanları və enerji layihələrini həyata keçirir. İndi o, Almaniyada yerləşən infrastruktur şirkəti “Corporate Energies” və digər Berlində yaşayan azərbaycanlı Ziya Qazıyev ilə yeni müəssisəsdə tərəfdaşdır”.
Diaspornews.az“Forbers” jurnalına istinadla xəbər verir ki, bu sətirlər sözügedən ABŞ nəşrində dərc olunmuş məqalədən götürülüb. Jurnalın əməkdaşına “Akkord” şirkəti barədə açıqla vermiş İlqar Hacıyevin hazırda həbsdə olmadığı aydınlaşır.
Müəllif yazır ki, azərbaycanlı iş adamı hazırda Afrika qitəsində, Qambiyada biznesini genişləndirir.
“Hacıyev deyir ki, Korporativ Enerji Afrikadakı investisiyalarını artırır, çünki qitənin infrastrukturu inkişaf etdirmək və enerji çatışmazlığını azaltmaq üçün yüz milyard dollar lazımdır. Bu, bir hissəsi olmaq istədiyimiz çox böyük bir bazardır”.
Daha sonra müəllif yazır: “Bir il əvvələ qədər Hacıyev əsasən Rusiyada yerləşirdi. Lakin orada olan başqa bir etnik azərbaycanlı – əmlak milyarderi Qod Nisanovla yaşanan mübahisədən qaynaqlanan ölüm təhdidi onu Berlinə daimi köçməyə vadar edib.
“Almaniya biznes üçün fantastik bir yerdir, – Hacıyev Berlin ofisindəki müsahibəsində deyib. – Buradakı şirkətlər Afrika xalqlarına ən yaxşı mühəndislik və texnologiya tələb edən bazarların inkişafına kömək etmək üçün gözəl bir iş gördülər”.
Xatırladaq ki, 2019-cu ilin iyunun 4-də İlqar Hacıyevin saxlanılması və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində iş adamına qarşı CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açıldığı barədə məlumat yayılıb.

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600