Home / Hadisə / Gürcüstan Azərbaycana elektrik tədarükünü 2 dəfə artırıb

Gürcüstan Azərbaycana elektrik tədarükünü 2 dəfə artırıb

Gürcüstan Azərbaycana elektrik enerjisi tədarükünü iki dəfə artırıb. Çərşənbə günü ölkənin qəza səbəbindən işıqsız qalmış bölgələrinin təmin edilməsi üçün qonşu dövlətdən 2 milyon kVt/saatdan çox elektrik enerjisi alınıb.

DiasporNews “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.

ESCO-nun xəbərinə görə, 1 və 2 iyul tarixlərində Azərbaycana elektrik enerjisi tədarük olunmayıb, 3 və 4 iyul tarixlərində isə bu, ümumilikdə 3,1 milyon kVt/saatdan çox təşkil edib. Azərbaycana elektrik enerjisi tədarükü 330 kV-lik “Qardabani” hava xətti ilə həyata keçirilir.

Gürcüstan eyni zamanda çərşənbə axşamı Türkiyə və Ermənistana ixracı azaldıb. Çərşənbə günü Türkiyəyə ixrac bərpa olunub və 1,74 milyon kVt/saat təşkil edib. Çərşənbə axşamı Rusiyaya da tədarük eyni səviyyədə olub.

 

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600