Home / İqtisadiyyat / İki ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq

İki ölkədə “Azərbaycan Ticarət Evi” açılacaq

Bu ilin noyabr-dekabr aylarında Polşanın paytaxtı Varşavada və Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.

Bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O qeyd edib ki, həmçinin ilin sonunda Monqolustan, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Çin, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları həyata keçiriləcək.

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600