Home / İqtisadiyyat / Məcburi köçkünlər gender məsələləri ilə bağlı maarifləndirilirlər

Məcburi köçkünlər gender məsələləri ilə bağlı maarifləndirilirlər

“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Qəbələ rayonunda yeni layihə icra edib

“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi (İB) tərəfindən Qəbələdə “Hədəf icmalarda qadınların sosial həyata inteqrasiyası və cəmiyyətdə müəyyən qərarların alınmasında daha aktiv rol oynaması” adlı layihənin icrası ilə əlaqədar təlimlər keçirilib. Layihə Azәrbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının maliyyә yardımı ilә reallaşdırılır. Qeyd edək ki, təlimlər oktyabrda Qəbələ Regional Gənclərin Resurs Mərkəzində 100 nəfər məcburi köçkün qadın və gənclərə gender məsələləri üzrə maarifləndirilməyə həsr olunub.
Layihənin məqsədi Azərbaycan Respublikası Qəbələ rayonunda məskunlaşmış məcburi köçkün qadınların maarifləndirilməsi, ən aktiv qadınlara öz kiçik sahibkarlıq fəaliyyətlərini başlamağa imkan verən texniki dəstəyi ilə təmin etməkdir.
Təşkilatın uğurla icra etdiyi gender bərabərliyi üzrə təlimlər, qadınlara maliyyə cəhətdən daha müstəqil olmaq üçün texniki dəstəyin göstərilməsini nəzərdə tutan davamlı və uzunmüddətli bir prosesə daxil edilmiş, hədəf icmalarda gender savadsızlığı və maliyyə müstəqilliyinin olmaması nəticəsində yaranan başlıca problemlərin demək olar ki həllinə gətirib çıxarıb.

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600