Home / İqtisadiyyat / Mahaçqala-Bakı birbaşa aviareysləri açılacaq

Mahaçqala-Bakı birbaşa aviareysləri açılacaq

Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhəri ilə Bakı arasında birbaşa aviareyslər açılacaq. Bu barədə jurnalistlərə Mahaçqala aeroportu baş direktorunun köməkçisi Kamila Qamzatova məlumat verib.

K.Qamzatovanın sözlərinə görə, aviareysin açılması barədə memorandumu IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov imzalayıblar.

Mahaçqala aeroportu 2014-cü ildə yenidən qurulub. Hazırda hava limanı daxili reyslərdə saatda 200 sərnişin, xarici reyslərdə isə saatda 60 sərnişin qəbul etmək imkanına malikdir. Aeroportun yeni beynəlxalq terminalı tikilir. Terminalın 2019-cu ildə istifadəyə veriləcəyi gözlənilir.

DiasporNews 

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600