Home / İqtisadiyyat / Milli qədim tikmə sənət növlərimiz təbliğ olunur

Milli qədim tikmə sənət növlərimiz təbliğ olunur

“Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Gənc xanımlarla qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyalarının hazırlanması” layihəsi ilə iştirak etmiş və müsabiqə qaliblərindən olmuşdur. Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova bildirib ki, layihənin əsas məqsədi ənənəvi milli qədim tikmə sənət növlərimizin müasirlik əlavə etməklə yaşadılmasıdır. Bu qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyalarının hazırlanmasıdır. Bu layihənin həyata keçirilməsində bizim əsas məqsədimiz, xalqın qədim milli-mənəvi dəyərlərindən olan tikmə sənətinin müasir həyat tərzinə tətbiq etməklə qadınlar arasında təbliğ etməklə yaşatmaqdır. Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışmışdır. Geyim üzərində, habelə məişət əşyalarından – pərdə,  örtük və dəsmallarda, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra edilmişdir. Bu sənəti yaşadılmasına ehtiac vardır. Dünyanın ən zərif sənət növlərindən sayılan tikməçilik sənətini təbliğ və təşviq edərək, qoruyub saxlamaq, bu sənətimizin ənənələrinə yiyələnən yeni nəsl yetişdirmək üçün fəaliyyətləri gücləndirmək layihə işi çərçivəsində qarşımıza qoyduğumuz ən vacib məsələdir. Bu fəaliyyətləri həyata keçirtməkdə bizim əsas məqsədimiz qadınların, gənclərin özünəməşğulluğun artırılması və bununla əlaqədar işsizliyinin aradan qaldırılması sahəsində dövlətimizin apardığı siyasətə dəstək verməkdir.

“Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi 16 iyul 2016 – cı ildə yaradılmış və 21 oktyabr 2016 – cı ildə Dövlət qeydiyyatından keçmişdir. Təşkilatımızın əsas məqsədi milli mədəniyyətimizin və milli dəyərlərimizin təbliğinə kömək etməklə, yaşatmaqdan ibarətdir.

Müasir cəmiyyətdə bu sənət növlərinin təşviq və təbliğ edilməsi insanların Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə marağını artıracaq, xalqın qədim mili-mənəvi dəyərləri müasirliklə bağlanaraq inkişaf etdirilərək yaşadılacaqdır.

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600