Home / İqtisadiyyat / Polşa “Gazprom”u məhkəməyə verib

Polşa “Gazprom”u məhkəməyə verib

Polşanın dövlət enerji şirkəti “PGNiG” Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətini məhkəməyə verib.

DiasporNews RIA agentliyinə istinadla xəbər verir ki, Stokholmda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsi Rusiyanın təbii qaz qiymətini azaltmasına dair “PGNiG”in tələbini qəbul edib.

Qeyd edək ki, 1996-cı ildə “Gazprom” və “PGNiG” arasında imzalanan müqaviləyə görə, “Gazprom”un hər il Polşaya 10 milyard kubmetr təbii qaz verməsi nəzərdə tutulur. 2022-ci ilə qədər qüvvədə olan müqavilə üzrə 2012-ci ildə təbii qazın qiymətini 10 faiz nisbətində azaltmaq qərara alıb. 2015-ci ildə “PGNiG” qiymətdə yenidən endirim olunması üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib və qiymətin bazar qiyməti səviyyəsinə çatdırılmasını istəyib.

DiasporNews

 

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600