Home / İqtisadiyyat / Riqada Azərbaycan Ticarət Evi açılacaq

Riqada Azərbaycan Ticarət Evi açılacaq

İyul ayının sonunda Riqada Azərbaycan Ticarət Evi açılacaq. DiasporNews xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev qeyd edib ki, bu ticarət evi Avropa İttifaqında Azərbaycanın ilk ticarət evi olacaq. Eyni zamanda, ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərində ticarət evi, Çində şərab evi və bu ölkənin müxtəlif regionlarında ticarət evlərinin açılması gözlənilir.

Qeyd edək ki, ilk ticarət evi 2017-ci ilin mayında Minskdə açılıb.

 

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600