Home / İqtisadiyyat / Türkiyədə 2 mindən çox azərbaycanlı iş adamı var

Türkiyədə 2 mindən çox azərbaycanlı iş adamı var

Türkiyə Azərbaycan iqtisadiyyatına 11 miyard dollar sərmayə qoyub. Bunu Türkiyə Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat deyib. Sədrin sözlərinə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 13 milyard dollardır.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, Azərbaycan və Türkiyə arasında 2017-ci ildə mal dövriyyəsi 1,7 milyard dollar təşkil edib, cari ilin ilk beş ayı ərzində isə – 759,4 milyon dollar.

“Hal-hazırda Türkiyə bazarında şirkət açan 2 mindən çox Azərbaycan iş adamı var və onlar qlobal səviyyədə fəaliyyət göstərir. Bu arada, Azərbaycanda 2500-ə yaxın türk şirkəti fəaliyyət göstərir”, – deyə Akat bildirib.

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600