Home / İqtisadiyyat / Almaniya-Azərbaycan Biznes Dialoqu keçirilib

Almaniya-Azərbaycan Biznes Dialoqu keçirilib

Berlində təşkil edilmiş 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən DiasporNews-adaxil olan xəbərə görə, tədbirdə çıxış edənlər – Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov,  Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays və digərləri yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıblar.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən çox olduğunu, bu ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını qeyd edib.

Rüfət Məmmədov Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ölkəmizin Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyinı və ən çox islahat aparan ölkə elan olunduğunu vurğulayıb.

Tədbir “Biznes, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlıq” və “Azərbaycan yeni tranzit və enerji şəbəkəsi kimi” panellərində müzakirə edilib.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …