Home / Lobbi fəaliyyəti / “Arşın mal alan” marionet tamaşası Fransaya festivala aparılacaq

“Arşın mal alan” marionet tamaşası Fransaya festivala aparılacaq

İçərişəhərin ən unikal məkanlarından olan Marionet Teatrı ötən ilin sentyabrında “Arşın mal alan” tamaşasının premyerası ilə yeni mövsümünə başlayıb. Marionet Teatrını sevən tamaşaçılar böyük zövq və məmnuniyyət hissi ilə dahi Ü.Hacıbəylinin yaradıcılığını seyr edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, tamaşanın bu il Fransanın Şarlevil şəhərində Dünya Marionet Festivalı çərçivəsində nümayiş etdirilməsi barədə razılıq əldə edilib. Bu, milli mədəniyyətimizin, musiqimizin dünyada geniş təbliği üçün daha bir imkan yaradacaq.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …