Home / İqtisadiyyat / Azərbaycan-Qırğızıstan əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Qırğızıstan əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb. Nazir ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın və Qırğızıstanın dövlət başçıları İlham Əliyev və Sooronbay Jeenbekov arasında dialoq uğurla inkişaf edir. Bu il sentyabrın 3-də Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti çərçivəsində iki ölkə liderlərin baş tutan görüşü bu dialoqun göstəricisidir.

Nazir ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini ifadə edib.

Səfir naziri bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. H.Orucov deyib ki, son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxsaylı mühüm tədbirlər keçirilib. Diplomat Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın olduğunu da qeyd edib.

H.Orucov yeni rəhbərliyin başçılığı ilə Qırğızıstanda həm daxili, həm də xarici siyasət sahəsində böyük uğurların əldə olunacağına inamını ifadə edib.

Diplomat Azərbaycan və Qırğızıstan prezidentlərinin son görüşündən sonra ölkələrimiz arasında münasibətlərin daha da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir qardaş Azərbaycanla bundan sonra münasibətlərin möhkəmləndirilməsi üzrə işlərin davam edəcəyini deyib. Humanitar sahədə əməkdaşlığa toxunan nazir bu il Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarında Azərbaycanın nümayəndə heyətinin geniş tərkibdə iştirakından və yüksək göstəricilərindən məmnunluğunu ifadə edib.

Nazir ümid etdiyini bildirib ki, ölkələr arasında bütün sahələrdə əlaqələr bundan sonra möhkəmlənəcək və genişlənəcək. Görüşdə tərəflər Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıb, aktual məsələləri müzakirə ediblər.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …